Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskiyə Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazır olduğunu bildirib.
Faktmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti Türkiyə liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, iki ölkə prezidentləri Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasının ildönümü münasibətilə telefonla danışıblar. Ərdoğan qeyd edib ki, Ankara Rusiya ilə Ukrayna arasında atəşkəs və danışıqlar və sülhün bərqərar olması əsasında münaqişənin sülh yolu ilə həllinə mümkün töhfə verməyə hazırdır.
Türkiyə prezidenti həmçinin ukraynalı həmkarına Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə təşəkkür edib.
Türkiyə prezidenti dəfələrlə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
Havar Şəfiyeva