Ötən həftə İtaliyanın Emilia Romagna bölgəsində leysan yağışlar fəlakətə səbəb olub.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə daşqınların ən çox zərər çəkdiyi yerlərdən biri olan Luqoda itkin düşmüş bir adamın cansız cəsədi tapılıb.
Sel fəlakətində itkin düşən şəxsin cəsədi tapıldıqdan sonra ölənlərin sayı 15-ə yüksəlib.
Xəyalə Xəlilova