Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin vaxtı hazırda tərəflər tərəfindən razılaşdırılır.
Faktmedia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS-a bildirib.
"Dəvət var, onun müddəti və digər detallar sonra razılaşdırılacaq", - Kreml sözçüsü qeyd edib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bazar ertəsi bildirib ki, Moskva Pekinin Rusiya prezidenti Vladimir Putinə tədbirin fəxri qonağı kimi “Bir kəmər, bir yol” forumunda çıxış etmək üçün göndərdiyi dəvəti yüksək qiymətləndirir.
Xəyalə Xəlilova