Rusiya AUKUS və QUAD kimi bəzi ittifaqlara “NATO fırıldaqçılıq etdiyi üçün” qeyri-dost kimi baxır.
Faktmedia.az TASS-a istinadən yazır ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çərşənbə axşamı mediaya açqlamasında bildirib.
"Tamamilə göz qabağındadır ki, bəzi ittifaqlar və münasibətlər ölkəmizə münasibətdə neytraldır. Biz müəyyən ittifaqlarda, məsələn, ASEAN-da dəvət olunmuş iştirakçılar kimi iştirak edirik", - deyə o, ASEAN+ formatının mövcudluğunu xatırladıb.
"Təşkil edilən bəzi ittifaqlar region ölkələrinə qarşı demək olar ki, qeyri-dostdur. Biz QUAD, AUKUS və bəzi digər ittifaqları regiondankənar oyunçularla tərəfdaşlıq əlaqələrinin yaradılması ilə bağlı belə görürük. NATO öz yerini tutmağa çalışır ”, - Medvedev bildirib.
O qeyd edib ki, Şimali Atlantika Alyansı Asiya-Sakit Okean regionunda və Hind-Çində öz layihələri ilə məşğul olmağa başlayır.
Havar Şəfiyeva