Əgər Vaşinqtonun məqsədi Moskvanı məğlub etmək olarsa, dünya qlobal münaqişə ilə üz-üzədir.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Siyasətçi qeyd edib ki, Rusiya özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək:
"Bizim özümüzü istənilən silahla, o cümlədən nüvə bombası ilə müdafiə etmək hüququmuz var". Medvedev xatırladıb ki, bir gün əvvəl prezident Vladimir Putin Federal Məclisdə xalqa müraciət edib, o, digər məsələlərlə yanaşı, Rusiyanın strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlərdə iştirakını dayandırdığını elan edib. Bu qərar çoxdan gecikmişdi, mən keçən il bunu bildirmişdim"
Onun qiymətləndirməsinə görə, ABŞ və digər NATO ölkələrinin Rusiyaya qarşı elan etdiyi müharibə ilə bağlı verilən qərar bütövlükdə dünya və xüsusən də Vaşinqton üçün böyük əks-səda doğuracaq.
Havar Şəfiyeva