ABŞ Milli Təhlükəsizlik Şurası Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi mövzusunda Rusiya ilə danışıqlara qayıtmağa hazırdır.
Faktmedia.az xəbər verir ki, Vaşinqtonun strateji sabitliyin möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə etməyə hazır olduğunu NSS nümayəndəsi CNN telekanalında açıqlayıb.
“Biz müqaviləni və nüvə sabitliyi mövzusunu müzakirə etmək üçün Rusiya ilə görüşməyə hazırıq, bunu beş nüvə dövləti ilə risklərin azaldılması üzrə son görüşümüz sübut edir. Daha əvvəl dediyimiz kimi, mövcud beynəlxalq vəziyyətdən asılı olmayaraq, Birləşmiş Ştatlar həyati əhəmiyyətli silahlara nəzarət tədbirləri üzərində işləməyə hazırdır”.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Moskvanın START müqaviləsində iştirakını dayandırdığını elan edib. Müqavilə çərçivəsində gələcək qarşılıqlı fəaliyyət üçün Moskva NATO-nun ümumi nüvə arsenalının dəqiq necə nəzərə alınacağını başa düşməlidir.
Qeyd edək ki, START III Rusiya ilə ABŞ arasında 2010-cu ildə qüvvəyə minmiş müqavilədir.
Havar Şəfiyeva