Ukrayna vətəndaşları ölkə prezidenti Vladimir Zelenskinin və ya bazar ertəsi Kiyevə səfərə gələn və silah tədarükü ilə bağlı danışıqlar aparan ABŞ lideri Co Baydenin nəzarətindən kənarda qalıb. Sakinlər Ukraynanı tərk edir və gələcəyin kimə aid olması sualının cavabı budur".
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, bazar ertəsi Telegram kanalında yazıb: "Tanklar və mərmilər, əlbəttə ki, vacibdir. Amma insanlar, şübhəsiz ki, daha vacibdir. Onların kütləvi şəkildə getməsi gələcəyin kimə aid olduğu sualına cavabdır".
Medvedev bildirib ki, o, bu yaxınlarda Ukrayna ərazilərinin yerli sakinləri ilə danışıb və onlar onunla bəzi sadə statistik məlumatları bölüşüblər: "2001-ci ildə, siyahıyaalmaya görə, Ukrayna əhalisinin sayı təxminən 48,5 milyon nəfər idi (o zaman xaricdə işləyənlər də daxil olmaqla). Sonra, 2014-cü ildə Krım və Donbass ayrıldı. Sonra Rusiyanın xüsusi hərbi və aktiv mühacirəti başladı. Həm Avropaya, həm də Rusiyaya”.
Bəsti MƏMMƏD