Avropa İttifaqının (Aİ) doqquz ölkəsinin mühafizəkar siyasətçiləri İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin iştirakı ilə mühafizəkarların İtaliyada gözlənilən toplantısını boykot etmək qərarlarını açıqlayıblar.
Faktmedia.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti yazır.
Bildirilir ki, siyasətçinin və onun rəhbərlik etdiyi Forza Italia partiyasının boykot edilməsinə səbəb onun Ukrayna prezidenti Vladimir Zelenskini tənqid etməsi olub.
Politico vurğulayır ki, İtaliyanın keçmiş baş nazirinin bəyanatı Avropa Parlamentində bir çox milli mühafizəkar partiyaları, o cümlədən Forza Italia-nı birləşdirən EPP üzvləri də daxil olmaqla, əksər Avropa mühafizəkarlarının mövqeyi ilə kəskin ziddiyyət təşkil edir.
“Bizim Berluskoni ilə problemimiz var, amma Forza Italia ilə problemimiz yoxdur. Sabahkı plenar iclasda mən Ukrayna ilə bağlı mövqeyimizi tam aydınlaşdıracağam”, - EPP rəhbəri Manfred Veber bildirib.
Bundan əvvəl Berluskoni Vaşinqtonu hərbi əməliyyatların dayandırılması müqabilində Kiyevə ölkəni bərpa etmək üçün çox milyard dollarlıq plan təklif etməyə çağırıb. o, Ukrayna prezidenti Vladimir Zelenskinin siyasətini pisləyib və həmçinin vurğulayıb ki, Ukrayna lideri razılaşarsa, Vaşinqton Kiyevə silah tədarükünü dərhal dayandırmalı olacaq.
Havar Şəfiyeva