İranda qanun dəyişikliyi ilə ikinci vətəndaşlığı olan siyasətçilərin deputatlığa namizəd olmasının qarşısı alınıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İran parlamenti müvafiq qaydaları ehtiva edən qanunu qəbul edib.
Bildirilib ki, düzəliş "maraqların toqquşmasının qarşısını almaq üçün" edilib. Lakin qanun dəyişikliyinə beynəlxalq ictimaiyyətin İranın keçmiş yüksək vəzifəli siyasətçisi, eyni zamanda Britaniya vətəndaşlığı da olan Əlirıza Əkbərinin bu yaxınlarda edam edilməsinə reaksiyası da səbəb ola bilər. Əkbər casusluqda ittiham olunurdu.
Qeyd edək ki, İranda analoji qanun 2020-ci ildə qəbul edilib və parlament seçkilərində yalnız İran vətəndaşlarının iştirakını şərtləndirib.
Xəyalə Xəlilova