ABŞ-ın Nebraska ştatında hamiləliyin 12-ci həftəsindən abortları qadağan edən qanun layihəsi qəbul edilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 və ya daha çox həftəlik hamilə olan qadınlar, zorlama, qohumluq əlaqəsi və təcili tibbi yardım halları istisna olmaqla, abort etdirə bilməyəcəklər.
Qanun layihəsi çərçivəsində oktyabr ayından etibarən 19 yaşından kiçiklərin cinsiyyət dəyişdirmə əməliyyatı keçirməsi və bu çərçivədə hormon terapiyası almasının qarşısı alınacaq.
Qubernator Pillen, bu günün Nebraska ştatı üçün "tarixi" bir gün olduğunu ifadə edərək, körpələri qoruduğunu ifadə etdiyi sözügedən qanunun mühafizəkarlar üçün əhəmiyyətli bir qələbə olduğu fikrini bölüşüb.
Xəyalə Xəlilova