Ağ Evin qarşısındakı baryerə çırpılan yük maşınından nasist bayrağı çıxıb.
Faktmedia.az xəbər verir ki, pikap sürücüsü Ağ Evin düz yanındakı Lafayette meydanında təhlükəsizlik baryerlərinə çırpılıb.
ABŞ prezidentini qorumaq vəzifəsi daşıyan "Gizli Xidmət" parkı bağlayıb və sürücünü saxlayıb.
Vaşinqton polisi bomba məhv edən robotla avtomobildə axtarış aparıb. Maşında heç bir partlayıcı və ya silah tapılmayıb.
Yük maşınında nasist bayrağı aşkar edilib.
Qeyd edək ki, şübhəlinin kimliyi və niyə belə hərəkətə keçdiyi açıqlanmayıb.
Xəyalə Xəlilova