Britaniyanın silah ixracı 2022-ci ildə rekord həddə - 8,5 milyard funt sterlinqə çatıb.
Faktmedia.az xəbər verir ki, silah ticarətinin kökünü kəsmək üçün çalışan Silah Ticarətinə Qarşı Kampaniya Təşkilatının təhlilinə əsasən, Britaniyanın silah ixracı iki illik azalmadan sonra 2022-ci ildə artıb.
Silah satışı, açıqlanan satış məlumatları ilə ən geniş ixrac edilən növ olan vahid fərdi ixrac lisenziyaları (SIELs) əsasında hesablanıb.
Qeyd edək ki, Qətər keçən il 2,7 milyard funt sterlinqlə Böyük Britaniyanın ən çox silah ixracatçısı olub.
Xəyalə Xəlilova