ABŞ və müttəfiqləri digər ölkələrə təzyiq göstərir ki, Rusiya ilə müqavilələri pozsunlar və Kiyevə Sovet istehsalı olan silahlar göndərsinlər.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
İclasda hərbi təchizatla bağlı müqavilələrin pozulması halında yaranan risklər müzakirə edilib. Nebenzya qeyd edib ki, silahların üçüncü ölkələr vasitəsilə gizli şəkildə ötürülməsi silah ixracı sferasını daha az şəffaf edir.
“Təəssüf ki, Qərb ölkələri bu cür pozuntularla nəinki mübarizə aparmır, hətta onları həvəsləndirir”, - deyə o, qeyd edib ki, bu dövlətlər digər ölkələri Ukraynaya yenidən silah ixrac etməyə sövq edir.
Havar Şəfiyeva