Ukrayna böhranının nizamlanması üzrə danışıqlar Kiyevlə deyil, bu gün Vaşinqtonla aparılmalıdır və Moskva məsələnin diplomatik yolla həllini axtarmağa hazırdır.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çərşənbə günü BMT Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyasında bildirib.
“Rusiya ilə NATO arasında birbaşa qarşıdurma baş verərsə, bütün bəşəriyyət üçün ən mənfi nəticələrlə dolu olan bütün bu vəziyyəti həll etmək axtarışı artıq Rusiya və Ukrayna arasında deyil, Rusiya ilə kollektiv Qərb arasında aparılmalıdır, hər şeydən əvvəl, Kiyev rejiminin arxasında duran Vaşinqtonla”, - diplomat bildirib.
“Bizim rəqiblərimiz nüvə dövlətini məğlub etmək kimi boş illüziyalarından hələ də çıxmayıblar”, - səfir qeyd edib.
Havar Şəfiyeva