İsveç "Leopard" tanklarını Ukraynaya təhvil verə bilər, müdafiə naziri Paul Jonsson bildirib.
Faktmedia.az xəbər verir ki, bu barədə o, yerli agentliyə məlumat verib.
Nazirin sözlərinə görə, bu məsələ parlamentdə müzakirə olunur və buna görə də hərbi maşınların Kiyevə ötürülməsini istisna etmək mümkün deyil. "İsveç Parlamentində ölkədə mövcud olan təxminən 120 Leopard tankından bəzilərinin əlavə ianələri üçün artan dəstək var" deyən Jonsson, İsveçin də bu mövzuda Almaniya ilə sıx dialoq apardığını əlavə edib.
Bundan əlavə, nazir qeyd edib ki, İsveç Ukraynaya qabaqcıl “Arche” artilleriya qurğusu göndərməyə hazırlaşır. Rusiya xüsusi əməliyyatı başlayandan müttəfiqə yardımın həcmi 14 milyard İsveç kronu və ya təxminən 100 milyard rubl təşkil edib.
Bundan əvvəl məlum olub ki, Finlandiya yeni yardım paketi çərçivəsində Ukraynaya üç Leopard 2 tankı təhvil verəcək. Bundan başqa, hərbi mütəxəssislər bu döyüş maşınlarının istifadəsi və texniki xidməti ilə bağlı təlimlər keçirəcəklər.
Havar Şəfiyeva