Qərb dövlətləri bu ilin ilk üç-dörd ayı ərzində Ukraynaya “Leopard 2” tanklarının ilk partiyasını göndərə bilər.
Faktmedia.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Varşavaya səfəri zamanı məlumat verib.
O bildirib ki, bu ilin ilk dörd ayı ərzində ən azı bir, bəlkə də üç batalyonu təslim edə bilərik:
“Bundan sonra bacardığımız qədər tez hərəkət etməli olacağıq. Bir tank batalyonu çox güman ki, 31 tankdan ibarət olacaq”.
Eyni zamanda, müdafiə naziri "Leopard 2" tanklarını Ukraynaya göndərə biləcək ölkələrin nümayəndələrinin gələn həftə görüşməsi ilə bağlı Polşa ilə razılığa gəldiyini vurğulayıb.
Bəsti MƏMMƏD