Almaniya Ukraynaya "Leopard 1" tanklarının ixracına icazə verib.
Faktmedia.az xəbər verir ki, bunu Almaniya hökumət sözçüsü Steffen Hebestreit cümə günü jurnalistlərə açıqlamasında bildirib.
Hebestreit bildirib ki, bəli, "Leopard 1" tankları veriləcək, sizə əlavə məlumat verə bilmərəm.
Qeyd edək ki, ABŞ yanvarın 25-də Kiyevə "31 M1 Abrams" tankı göndərəcəyini bildirib. Almaniya həmin gün Ukraynaya 14 "Leopard 1" tankı göndərəcəyini və digər dövlətlərin zirehli texnikaları yenidən ixrac etməsinə icazə verəcəyini bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius “Leopard 2” tanklarının martın sonuna qədər Ukraynaya göndəriləcəyini bildirib. Ukraynaya Qərb istehsalı olan tanklar vermə planlarını açıqlayan digər ölkələrə Böyük Britaniya, Norveç, Polşa, Slovakiya və Fransa daxildir. Kiyev tədarükün birinci mərhələsi kimi 12 ölkədən 140 tank almağa ümid edir.
Zeynəb Müzəffərli