“Qərb elitalarının hər hansı mənəvi liderlik hakları yoxdur. Çünki onların müstəmləkəçi instinktləri hələ də davam edir”.
Faktmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əəsasən inkişaf etməkdə olan ölkələrin əsrlər boyu soyğunçuluğu və istismarı hesabına çiçəklənməsinə nail olan Qərb əvvəlki kimi öz inkişafı problemlərini həll etməyə və iqtisadiyyatlarını qoruyub saxlamağa ümid edərək qlobal üstünlüyünü qorumağa çalışır. Və bu başqalarının hesabına başa gəlir”, - deyə Lavrov bildirib.
Siyasətçi bildirib ki, Qərb bu məqsədlə beynəlxalq münasibətlərin demokratikləşməsi prosesinə mane olmaqda davam edir və aqressiv şəkildə dünya əksəriyyətinə neokolonial Amerika mərkəzli nizamı tətbiq edir ki, bu da, necə deyərlər, özlərinin uydurduğu və tətbiq etdiyi qaydalara əsaslanmalıdır. “Mən nə istəsəm, onu edirəm” prinsipi”...
Lavrov həmçinin qeyd edib ki, ABŞ və “onlara tamamilə tabe olan Qərbin qalan hissəsi” dünyanı “müstəsna və sözdə tabeçiliyindən” ibarət kiçik bir qrupa bölmək istiqamətində tam kurs keçiblər.
Bəsti Məmməd