"Sözsüz ki, Azərbaycanın uğurlu siyasəti dünya ölkələri tərəfindən diqqət mərkəzindədir. Və biz həm də birçox müttəfiq dost əldə etmişik. Təbiidir ki, bizim siyasətə həsəd aparan və neytral olan ölkələr də var".
Bu fikirləri Faktmedia.az-a politoloq Rizvan Hüseynov deyib.
Politoloq əlavə edib ki, yəni Azərbaycanın xarici siyasətinə reaksiya verən ölkələri 3 qrupa bölmək olar:
"Müttəfiq olan ölkələr Türkiyə, İsrail və s kimi ölkələrdir. Qeyd edim ki, təntənəli şəkildə İsrail ilə səfirliyimiz də açıldı. AXN-nin ordakı görüşləri, onu göstərir ki, Azərbaycan İsrail münasibətlərində yeni mərhələ başlayır.Unikallıq o idi ki, Azərbaycan bu səfər çərçivəsində tək İsraildə yox, həmçinin də Fələstin muxtariyyətində də görüşlər keçirilib. Bu uğurlu bir siyasətdir ki, həm ərəblərlə, həm fələstinlilərə normal münasibətlər inkişaf edir. Eyni zamanda İslam ölkələri üçün də bu uğurlu bir örnəkdir. Burada istər iqtisadi, istər siyasi məsələlərdə Böyük Britaniyanın da vurğulamaq olar. Eyni zamanda energetik, tranzit sahələrdə bu ölkələr əməkdaşlıq edir".
Havar Şəfiyeva