Ermənistanın Baş naziri Nikol Paşinyanın çəkdirdiyi foto Rusiyada qınanılıb.
Faktmedia.az xəbər verir ki, Paşinyan və xanımın çəkdirdiyi fotoda Ukrayna bayrağı əks olunub.
Foto paylaşdıqdan sonra rusiyalı sosial istifadəçilər Paşinyanı və onun hökumətini Qərbyönümlü olması ilə günahlandırıblar.
Qeyd edək ki, foto Almaniyada məşhur "New Town Hall"ın qarşısında çəkilib.
Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsində Almaniya Ukraynaya dəstək verir.
Bəsti Məmməd