ABŞ Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı təhqiqatda iştirakına mane olur.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Bizə ekspertlərimizi istintaqa cəlb etməyə icazə vermədilər. Nə təhqiqat iştirakçıları, nə də ekspertlər, o cümlədən "Qazprom" kimi. Şübhəsiz ki, bunun arxasında ABŞ dayanır".
O, həmçinin ABŞ və müttəfiqlərini bu mövzuda danışıqlara mane olmağı dayandırmağa çağırıb.
"Biz bu vəziyyəti hüquqi nöqteyi-nəzərdən həll etmək istəyirik. Anladığım qədər, bu məsələ ilə bağlı müəyyən danışıqlar olub və onlar davam edəcək. Ümid edirəm ki, bütün iştirakçılar belə danışıqların zəruriliyini başa düşürlər", - o əlavə edib.
Ryabkov qeyd edib ki, hazırda partlayışları araşdıran şəxslər Moskva ilə heç bir təfərrüat paylaşmayıblar.
Havar Şəfiyeva