Ukrayna Moldovanın bir hissəsi hesab etdiyi üçün Dnestryanı bölgəsinə qoşun yeritmək niyyətində deyil.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, Ukrayna Moldovanın ərazi bütövlüyünə hörmətlə yanaşır:
“Biz Dnestryanı ərazisinin müstəqil Moldovanın bir hissəsi olduğunu düşünürük”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, Kiyev öz silahlı qüvvələri və Azov millətçi birləşməsindən istifadə edərək Dnestryanıya qarşı təxribat törətməyi planlaşdırır.
Bəsti MƏMMƏD