Bu gün vəfat etmiş Hacı Şahinlə vida mərasimi baş tutub. İzdihamlı keçən mərasimdə onu sevənlər iştirak ediblər. Vida mərasimindən çəkilən görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Çəkilən fotolarda ilahiyyatçının nəşinin büküldüyü bayraq qınanılıb. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, "Ya Hüseyn" yazılmış bayraq olmamalıydı. Bir çox insanlar isə bayrağın Türkiyə bayrağı olduğu kimi qiymətləndiriblər.
Faktmedia.az həmin fotonu təqdim edir
Rəna Həsənova