İrandakı Azərbaycan səfirliyinə terror nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.
Faktmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində, mərhumun evinin həyətində təşkil olunub.
Mərasimdə şəhidin yaxınları, həmkarları, rəsmilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.