"Qarabağ erməniləri ilə danışıqları Azərbaycan parlamentinin təmsilçisi, millət vəkili Ramin Məmmədov aparır, o eyni zamanda dövlət başçısının ermənilərlə danışıqların aparılması üçün müəyyən edilmiş rəsmi numayəndəsidir. Ramin Məmmədova bu vəzifənin həvalə olunması erməni millətçilərinə, Qarabağdakı seperatçi rejimə, nəhayət Paşinyan komandasına bir ismaric kimi qəbul olunmalıdır".
Bunu Faktmedia.az-a politoloq Elşən Manafov deyib. O bildirib ki, əvvəla R. Məmmədovun danışıqlara cəlb olunmasi Azərbaycanin proseslərə təkcə siyasi konteksdə deyil, eyni zamanda qanunvericilik mövqeyindən yaxınlaşmasının göstəricisi kimi qəbul olunmaldır:
"Bununla Azərbaycan tərəfi Qarabağdaki ermənilərə hansısa icmanın təmsilçisi kimi yanaşmamasin göstəricisi təsiri bağişlayir. Rəsmi Bakı bununla Qarabağdakı ermənilərə status verməyəcəyini bəyan edir. Bu həm də sulh muqaviləsinin ilkin şərtlərini hazırlayan rəsmi İrəvana danışıqlarda və sənədlərin mətnində "DQ" iifadəsini işlətməyin yolverilməz olmasının xatirlatmaq cəhdidir. Butun hallarda danışıqların baş tutması ciddi diplomatik uğurdur".
Rəna Həsənova