Bu gün vəfat edən Xalq artisti ilə vida mərasimi keçirilib.
Faktmedia.az xəbər verir ki, vida mərasimində onun yaxınları və həmkarları iştirak edib. Vida mərasimində iştirak edənlərin arasında aktyor Kazım Abdullayev, Sabir Məmmədov, Elşən Rüstəmov, Dilarə Əliyeva, Hacı İsmayılov və başqaları olub.
Diqqətçəkən məqamlardan biri odur ki, aktyorun dəfn mərasimində Mədəniyyət Nazirliyindən kimsə iştirak etməyib.
Bununla bağlı nazirliyə sorğu ünvanladıq. Təəssüf ki, sorğumuza cavab verilmədi.
Rəna Həsənova