Braziliyada heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edilib.
Faktmedia.az xəbər verir ki, Braziliyanın Kənd Təsərrüfatı Naziri Karlos Favaro , xüsusilə Espirito Santo və Rio-de-Janeyro əyalətlərində vəhşi quşlarda çox sayda quş qripi hadisəsi aşkar edildikdən sonra ölkədə 6 aylıq heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. .
İllik təxminən 10 milyard dollarlıq toyuq əti ixracatı ilə dünyada birinci yerdə olan Braziliya, xəstəliyin “ticarət heyvanlarına” keçməsi halında həm heyvanların kəsilməsi, həm də digər ölkələrdən gələn ticarət məhdudiyyətləri səbəbiylə ixracatın itirilməsindən narahatdır.
Qeyd edək ki, dünya, 2021-ci ilin oktyabrından bəri ən pis quş qripi epidemiyasını yaşayır və hər zamankindən daha çox vəhşi quşu öldürür. Bundan əlavə, bəzi məməlilərin xəstəliyə yoluxduğu bildirilir.
Rəna Həsənova