Tayvanın Chiayi şəhərinin Liaojiao qəsəbəsindəki toyuq fermasında quş qripi epidemiyası baş verib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tayvanın Heyvan və Bitki Sağlamlığına Nəzarət və Karantin Bürosu açıqlama yayıb.
Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə 36 min 766 toyuq məhv edilib.
Xəstəlik barədə məlumat verməyən fermerlərə 1 milyon Tayvan dolları (təxminən 55600 AZN) cərimə kəsiləcəyi vurğulanıb.
Bu il Tayvanda 26 fermada quş qripi qeydə alındığı bildirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fevralın 24-də açıqladığı hesabata görə, 2003-cü ilin yanvarından 2023-cü ilin yanvarına qədər 21 ölkədən olan insanlar arasında quş qripinə (H5N1) ümumilikdə 868 yoluxma halı qeydə alınıb.
Bəsti Məmməd