Nyu-York ştatında son 40 ilin ən güclü zəlzələsi baş verib
Faktmedia.az xəbər verir ki, fevralın 7-də səhər saatlarında Nyu-York ştatının şimal-qərbində 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, seysmoloqlar Qərbi Seneka şəhərindən iki kilometr şərqdə təbii fəlakəti qeydə alıblar. Yeraltı təkanların ocağı üç kilometr dərinlikdə olub. Seysmoloqlar qeyd ediblər ki, yeraltı təkanlar hətta Niaqara şəlaləsində də hiss olunub.
Belə gücün yeraltı dalğalanmaları son 40 ildə ən güclü olub - 1983-cü ildə bu ərazidə maqnitudası 2,5-dən çox olan zəlzələlər qeydə alınmayıb. Tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir.
Bu arada Türkiyədə zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşdı. Təbii fəlakət nəticəsində ölkədə 5606 bina dağılıb.
Qeyd edək ki, fevralın 7-də səhər saatlarında Türkiyənin mərkəzi hissəsində 5,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Havar Şəfiyeva