Meksikada Popocatepetl vulkanı yaxınlığında meteorit aşkarlanıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada yerləşən və son zamanlar fəaliyyətinin artması müşahidə edilən Popocatepetl vulkanını 24 saat ərzində izləyən kameralar tərəfindən atmosferə daxil olan meteorit görüntülənib.
Meteorit atmosferə girdikdən sonra onun bir anda parıldadığı görülüb.
Bəsti Məmməd