"Hal hazırda bütün dünyanı narahat edən əsas problemlərdən biri isti qazların atmosferdə həddindən artıq olmasıdır. O həddə artım baş verir ki, bu artıq temperaturunun yüksəlməsinə gətirib çıxarır. 1880-ci ildən aparılan müşahidələr onu göstərir ki, tempratur bir dərəcəyə yaxın artıb və bu bir dərəcədən yuxarı artmağa davam edir".
Bunu Faktmedia.az-a kimya elmləri üzrə fəlsəfə doktoru, ekoloq Sadiq Həsənov deyib.
"Burada əsas səbəblərdən biri insan fəaliyyəti nəticəsində , sənayenin inkişafı nəticəsində atmosferə atılan bir neçə istilik effektini yaradan qazlardır ki, bu qazlara karbon dioksid, metan qazı, azot oksidləri aiddir. Və bu qazların həcmi atmosferdə kifayət qədər olmuşdur. Karbon dioksid milyon illər ərzində 300 PPM dən artıq olmadığı halda, hal hazırda bu 417 rəqəminə çatıb və bu proses davam edir. Burda da əsas səbəblərdən birincisi mədən yanacaqlarından istifadə olunmasıdır. Azərbaycan da bu temperaturun artması bir sıra problemlərə yol açır. Xüsusilə su ilə bağlı problem yaşanır, su ehtiyatların azalması prosesi baş verir. Kür çayında suyun həcmi 20 faizə qədər azalıb. Hətta Kür çayı Xəzər dənizə gedib çatmır, bu isə gələcəkdə çox ciddi problemlərə yol aça bilər".
Havar Şəfiyeva