Azərbaycanda meşə zolaqları getdikcə bozlaşır, kollara çevrilir, hətta bəzi yerlərdə tamamiə məhv edilir. Bakı buna ən yaxşı nümunədir. Bölgələrdə isə bu daha acınacaqlı vəziyyətdədir. Dağlıq və dağətəyi rayonlarda qazın olmaması meşələrin məhvinə gətirib çıxarır. Bakıda isə çoxmərtəbəli binaların inşası yaşıllıqları sıradan çıxarıb.
Mövzunu Faktmedia.az-a şərh edən ekoloq Cahid Həsənov billdirib ki, Azərbaycanda meşə zolağının həcmi heç də çox deyil və deyərdim az da deyil:
"Əsas amil meşələrin layiqincə qorunmasıdır. Yeni meşə zolaqlarının da salınmasına ehtiyac var. Azərbaycanın iqlim şəraiti buna zəmin yaradır. Yetər ki, buna addım atılsın, qalanını təbiət inkişaf etdirəcək. Bu sahənin genişləndirilməsi xüsusilə, turistlərin gəlişinin sayının artmasına, daxili turizmin inkişafına gətirib çıxaracaq".
Rəna Həsənova