Lavrov Nyu-Dehlidə erməni həmkarı ilə görüşüb.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Dehlidə erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb.
Lavrov Ermənistanın baş diplomatından Hindistana nə vaxt gəldiyini soruşub. Ermənistan xarici işlər naziri martın 3-4-də Hindistanın paytaxtında olacağını bildirib.
İki diplomat görüşlərini mətbuata qapalı olaraq davam etdiriblər.
Bəsti Məmməd