Rusiyanın G20-likdə üzvlük fəaliyyətini dayandırılması tamamilə ziddiyyətlidir.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Aİ-nin diplomatiya üzrə rəhbəri Josep Borrell deyib.
O bildirib ki, siz çoxtərəfliliyə təkan vermək istədiyinizi deyə bilməzsiniz :
“Rusiyanın G20-dən çıxmasını tələb edə bilməzsiniz. Bu, tamamilə ziddiyyətlidir. Danışmaq və ya "ən azı başqalarını dinləmək" yollarını saxlamaq lazımdır”.
O, Balidəki G20 Xarici İşlər Nazirlərinin Toplantısını G20 görüşü ilə bağlı "güclü irəliləyiş" kimi qiymətləndirib:
“Balidə Rusiyanın xarici işlər naziri Sergey Lavrov gəldi, danışdı və getdi. O, başqalarını dinləmək üçün qalmadı. Ən azından, bu zaman, o, qaldı və dinlədi. Düşündüklərimizi söyləyə bilməyimiz və qarşı tərəfdən cavab almağımız vacibdir. Biz bu ehtimalı saxlamalıyıq”.
Bəsti Məmməd