ABŞ dövlət katibi Antoni Blinken Rusiyada casusluqda təqsirli bilinən ABŞ vətəndaşı Pol Uilanın dəyişdirilməsi ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əlaqə saxladığını açıqlayıb.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, Blinkenin sözlərinə görə, o, bu məsələni Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində Lavrovla qısa söhbəti zamanı qaldırıb.
"Mən də əvvəlki dəfələrlə olduğu kimi Paul Whelanın qanunsuz həbsini qaldırdım Moskva bunu qəbul etməlidir. ABŞ bütün dünyada saxlanılan Whelan və digər ABŞ vətəndaşlarını ölkəyə gətirməkdə "qətiyyətlidir",- Blinken bildirib.
Qeyd edək ki, İrlandiya, Kanada, ABŞ və Böyük Britaniya vətəndaşlığı olan Uilan 2018-ci il dekabrın 28-də casusluq iddiası ilə Rusiyada saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) casusluq ittihamı ilə cinayət işi açıb. Moskva Şəhər Məhkəməsi Uilan 16 il müddətinə azadlıqdan məhrum edib.
Bəsti Məmməd