“Mən cinayətlərin qarşısını ala bilərdim”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Milli Sosialist Yeraltı (NSU) terror təşkilatının üzvü Beate Zşape deyib.
Almaniyada 8-i türk olmaqla 10 nəfəri qətlə yetirən Milli Sosialist Yeraltı (NSU) terror təşkilatının yeganə tanınan üzvü olan Beate Zşape fürsəti olsa da, qətllərin qarşısını almadığını etiraf edib:
“Tətiyi özüm çəkmiş kimi günahkar hiss edirəm. Mən iki Uwenin (Uwe Böhnhardt və Uwe Mundlos) həyatını qurbanlardan üstün tutdum".
Xəyalə Xəlilova