Məhsa Əmini nümayişləri zamanı İsfahan vilayətində 3 mühafizəçinin öldürüldüyü hadisədə təqsirli bilinərək edam cəzasına məhkum edilən 3 müttəhim haqqında hökm icra edilib.
Faktmedia.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinə hücumun səbəbkarı olduqları iddiası ilə edam cəzasına məhkum edilən Salih Mirhaşimi, Məcid Kazimi və Səid Yakubi edam edilib.
Edam edilən məhbusların ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatı ilə əlaqəli olduğu iddia edilib.
Qeyd edək ki, İranda 22 yaşlı Mahsa Aminin 2022-ci ilin sentyabrında polis nəzarətində ölməsindən sonra ölkə boyu etirazlar başlayıb. Etirazlar zamanı, 2022-ci ilin noyabrında İsfahan şəhərinin Hane rayonunda təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücum nəticəsində 3 təhlükəsizlik işçisi Muhsin Hamidi, Muhammed Kerimi və Muhsin Ceragi öldürülüb.
Bəsti Məmməd