Rusiya Şimal axınında terror aktlarının araşdırılmasında israrlı olacaq.
Faktmedia.az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova bildirib.
Daha əvvəl Kremlin sözçüsü və Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiya qaz kəməri partlayışları ilə məşğul olmaq və lazımi şəkildə araşdırmaq üçün Qərbin güclü istəksizliyi ilə üzləşib. O əlavə edib ki,
“Biz artıq başqa şeylərlə yanaşı, amerikalı jurnalist Seymur Herşin təhqiqatı əsasında bəyanatlar vermişik. Maraqlıdır ki, Qərb bu araşdırmanı görmək istəmir, baxmayaraq ki, əvvəllər onun məqalələrinə diqqət yetirirdilər”, - deyə Jurova bildirib.
Havar Şəfiyeva