ABŞ çətin ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Amerika lideri Co Baydenin Minskə gəlişi ilə bağlı təklifinə cavab versin.
Faktmedia.az xəbər verir ki, Belarus rəhbərinin təşəbbüsünü qiymətləndirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə qeyd edir:
“Bu, Belarus prezidentinin yeni təşəbbüsüdür. Yəqin ki, Ağ Evin bəyanatını eşitmisiniz ki, Polşa istisna olmaqla, ABŞ prezidentinin yanında başqa dayanacaqlar planlaşdırılmır. Ona görə də Vaşinqton çətin ki, bu təşəbbüsə müsbət cavab versin”.
Daha əvvəl Peskov bildirib ki, Minsk razılaşmaları üzrə danışıqlar Kiyevi problemin güc yolu ilə həllinə hazırlamaq üçün kamuflyaj olub. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi prezidentin keçmiş köməkçisi Vladislav Surkovun bəyanatını şərh edərkən qeyd edib ki, Minsk razılaşmalarının hazırlanması zamanı Kreml bədbinlik yaşayıb.
Havar Şəfiyeva