“Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücum hər bir sivil ölkə tərəfindən pislənilməlidir! Günahkarlar cəzalandırılmalıdır!”
Faktmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov öz “Twitter”də paylaşımında yazıb.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Tehrandakı səfirliyimizin təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları günahsız insanların həyatını xilas ediblər.
“Şəhidimizin ruhu şad olsun”, - Ş.Mövsümov qeyd edib.