Britaniya hökuməti BBC rəhbərliyinə müvəqqəti rəhbər təyin edib.
Faktmedia.az xəbər verir ki, İngiltərənin Rəqəmsal, Mədəniyyət, Media və İdman Naziri Lucy Frazer, BBC İdarə Heyətinin üzvü Stivensin 27 iyunda 12 aylıq vəzifəsinə başlayacağını açıqladı və təyinat işlərinin bu müddət ərzində yerinə yetiriləcəyini bildirdi.
Freyzer həmçinin qeyd edib ki, Stiven quruma sabitlik gətirəcək.
Stiven, ilk bəyanatında, dəyişən media dünyasına uyğunlaşmaq və ona olan etimadı qorumaq üçün BBC-ni dəyişdirməyə çalışacağını söylədi.
Qeyd edək ki, BBC ictimai yayımının Direktorlar Şurasının sədri Riçard Şarpın aprelin sonunda istefa verib.
Bəsti Məmməd