Türkiyədə gənə dişləməsi ölümlə nəticələnib.
Faktmedia.az xəbər verir ki, hadisə Amasyanın Gümüşhacıköy rayonunda baş verib.
Belə ki, 60 yaşlı qadın dişləməsi səbəbiylə xəstəxanaya yerləşdirilib. Yüksək hərarət göstərici olan qadın 15 gündən sonra ölüb.
Qeyd edək ki, gənə dişləməsi Krım-Konqo qızdırmasına səbəb olur. Bu xəstəliyə yoluxma əsasən gənə dişləməsi zamanı, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Xəstəliyin əlamətləri yüksək hərarət, üşütmə, əzələ ağrıları, baş ağrısı, ürək bulanma, qusma, ishal, dəridə səpki və qanaxmalardır.
Xəyalə Xəlilova