Körfəz ölkələri vətəndaşlarından Marburq virusunun müşahidə olunduğu Afrika ölkələri Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını istəyib.
Faktmedia.az Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "BƏƏ vətəndaşlarına Marburq virusunun müşahidə olunduğu Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını tövsiyə edirik" deyə bildirilib.
Bəyanatda hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarını sayıq olmağa və səlahiyyətlilər tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Xəyalə Xəlilova