ABŞ-da iki il ərzində ürəkbulanma, qusma kimi şikayətlərlə xəstəxanaya müraciət edən 23 yaşlı qadının xəstəliyinin səbəbi tapılıb.
Faktmedia.az xəbər verir ki, uzun sürən müayinələrdən sonra qadının qastroparezdən əziyyət çəkdiyi məlum olub. Bu xəstəlik mədə iflici də adlandılır. Xəstəlik səbəbilə mədənin hərəkəti azalır və ya dayanır.
American Journal of Case Reports jurnalında dərc edilən məlumatda qeyd edilib ki, həmin qadın tez-tez marixuana istifadə edib. Xəstəliyin yaranma səbəbi olaraq da bu ehtimal edilir.
Xəstəliyin simptomlarını azaltmaq üçün isti vanna qəbul etmək tövsiyə edilir.
Sevinc Hüseynova