ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı malikanəsindən çıxan “məxfi sənədlər” araşdırması çərçivəsində ona qarşı ittiham aktının hazırlandığını bildirib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə öz sosial şəbəkə hesablarının birində yazıb.
Baydenin evində, ofisində və qarajında tapılan “gizli sənədləri” xatırladan Tramp bu günü ABŞ üçün “qara gün” kimi xarakterizə edib:
"Korrupsiyaya uğramış (Co) Bayden administrasiyası vəkillərimə mənə qarşı ittiham aktı açıldığını bildirib”.
Xəyalə Xəlilova