ABŞ-ın keçmiş prezidenti Donald Tramp Üçüncü Dünya Müharibəsinin risklərini əsas gətirərək Ukraynanı hərbi əməliyyatları dayandırmağa çağırıb.
Faktmedia.az xəbər verir ki, Tramp gecikmədən sülh lazım olduğunu deyib.
"Ukraynada hər gün bu proxy döyüş davam edir, biz qlobal müharibə riski ilə üzləşirik. Məqsədimiz dərhal hərbi əməliyyatları tamamilə dayandırmaqdır. Bu, əsas məsələdir. Bizə gecikmədən sülh lazımdır”.
Bundan əvvəl Tramp ABŞ prezidenti Co Baydeni bəşəriyyəti Üçüncü Dünya Müharibəsinə sürükləməkdə ittiham edib. Keçmiş ABŞ lideri həmçinin bildirib ki, prezident seçildikdən qısa müddət sonra Rusiya və Ukrayna arasında fəlakətli müharibə adlandırdığı müharibənin həlli üçün ona 24 saat lazım olacaq.
Qeyd edək ki, keçən ilin noyabrında Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamışdı.
Havar Şəfiyeva