ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri ərəfəsində Respublikaçılara dəstək üzrə lider olub.
Faktmedia.az Bəbu barədə “Fox News” sorğunun məlumatlarına istinadən xəbər verir.
“Respublika seçicilərinə 2024-cü il namizədliyi üçün elan edilmiş 15 və potensial namizəddən ibarət siyahı oxundu. Siyahıya 43 faizlə Tramp başçılıq edir, üçüncü yerdə (Florida qubernatoru) Ron DeSantis 28 faizlə gəlir. Reytinqin üçüncü və dördüncü pillələrini BMT-nin keçmiş səfiri Nikki Heyli və hər biri 7 faiz toplayan ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens tutub.
O da qeyd olunur ki, praymerizdə səs verən demokratların 84 faizi ABŞ-ın hazırkı prezidenti Co Baydenin işini bəyənir. Eyni zamanda onların yalnız 37 faizi Baydenin yeni seçkidə partiyanın namizədi olmasını istəyir.
Havar Şəfiyeva