Kiyevin Qərbdəki müttəfiqləri Ukraynaya öz qoşunlarını yerləşdirməyə kifayət qədər yaxındırlar.
Faktmedia.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.
O bildirib ki, Ukrayna ABŞ tərəfindən dəstəkləndiyi müddətcə döyüş əməliyyatlarını davam etdirəcək:
"Ukrayna ilə müttəfiq ölkələrin əsgərlərinin də döyüş əməliyyatlarında iştirak etmə ehtimalı yüksəkdir. Dünya heç vaxt yerli müharibənin qlobal müharibəyə çevrilə biləcəyi vəziyyətə bu qədər yaxın olmamışdı. Qərb dünyasının liderləri müharibə qızdırmasından xəstədirlər, müharibəni dəstəkləyən çıxışlar edir, daha çox itki olduğunu deyirlər. Ukraynaya daha çox öldürücü silah göndərmək lazımdır”.
O vurğulayıb ki, yalnız Macarıstan və Vatikan Avropada sülhü müdafiə edən yeganə qüvvələrdir. O, münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri eyni zamanda davam etdirərək ölkənin silahlı qüvvələrini gücləndirməyə çağırıb.
Bəsti Məmməd