"Rusiya sülhməramlıları Qarabağa gəlişi onların bölgə ilə olan maraqları ilə bağlıdır. Rusiya tarix boyu bu bölgədə var olmaq istəyir".
Bunu Faktmedia.az-a siyasi ekspert Nazim Cəfərsoy deyib. O bildirib ki, son olaraq erməni faktoru üzərində ermənipərəst siyasət apardığını, istər SSR dönəmində, istərsə də Rusiya dönəmində bunun klassik sübutların görmüşük:
"Onların yürütdüyü siyasətdən biri də Qarabağ məsələsi olub. O proses ilə bağlı hər şey cəmiyyətin göz qabağında olan hadisələrdir. Son dövrlər Rusiyanın Cənubi Qafqaz siyasəti daha balanslı siyasətə doğru devrilib. Rusiyanın bölgə siyasətinə iki riktorika ilə yanaşır. Müharibə dövründə və müharibədən sonrakı dövrlərdə bu yanaşmaların ciddi nümunələrini gördük. Rusiyanın bölgə siyasəti Kartaçenko və digər aparıcı qüvvə xəttinin balanslaşdrılması şəklində gündəmə gəlir. Rusiya sülhməramlıları da bu faktorlardan istifadə edirlər. Ona görə biz xüsusən sülh müzakirələri və ya Rusiyanın bölgədəki imkanlarını məhdudlaşdırılacaq bir səviyyəyə gələndə bu gərginliklərin dozası artır".
Havar Şəfiyeva