"Hər kəsə bəllidir ki, Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Ermənistanda anti-Rusiya siyasəti həyata keçirilir və bu gün Ermənistan hakimiyyətinin birmənalı şəkildə Rusiyaya nifrət etməsi, Rusiya ilə körpülərin qaldırılması beynəlxalq aləmdə də müşahidə olunan tendensiyadır".
Bunu Faktmedia.az-a siyasi şərhçi Tural İsmayılov deyib. O bildirib ki, Ermənistan öz ərazilərində Rusiyaya qarşı cəsus kəşfiyyat fəaliyyətinin qurulmasına dəstək verir:
"Bu gün Avropa İttifaqı müşahidə komissiyası adı altında Fransanın kəşfiyyat orqanları Ermənistan ərazisindən Rusiyaya qarşı istifadə edir. Hesab edirəm ki, Rusiyanın hərbi siyasi və hərbi tərəfləri bu prosesləri yaxşı müşahidə edir. Eyni zamanda Rusiyanın da Paşinyanın hakimyətinə münasibəti birmənalı deyil və hazırda Ermənistan yaxşı başa düşür ki, Rusiya Paşinyanı hakimyətdən uzaqlaşdırılması üçün günü bu gün də əlindən gələni etməyə çalışır. Bütün bu faktorlar Ermənistan hakimiyyəti ilə Rusiya arasındakı münasibətlərindəki gərginliyi son həddə çatdırır".
T.İsmayılov əlavə edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatından çıxmaq istəyir, eyni zamanda oradakı Rusiya bazasını ölkə ərazisində çıxarılmasını istəyir:
"Amma Rusiya asanlıqla Ermənistandan uzaqlaşmayacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan tarix boyu Rusiyanın əlaltında iştirak edibdir və Rusiyanın bir çox siyasi layihələrində Ermənistana müstəqil dövlət kimi deyil, bir oyuncaq kimi yanaşılıbdır. Bütün bunları nəzərə aldıqda Rusiya-Ermənistan münasibətlərin gərginləşməsi davam edəcək".
Havar Şəfiyeva